Tanınmış futbolçu Uesli Sneyderin oğlu Cessinin iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Utrext" 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan saziş bağlayıb.
Məlumatı Erediviziya təmsilçisinin rəsmi saytı yayıb.
Cessi ötən mövsüm “Utrext”in U-19 komandasında çıxış edib.
Qeyd edək ki, bu, sözügedən futbolçunun ilk peşəkar müqaviləsidir.