Sumqayıtda motosikletin vurduğu piyada xəstəxanada vəfat edib.
Xezerxeber.az xatırladır ki, hadisə 9 iyul tarixində Heydər Əliyev prospektinin 26-cı məhəllə ərazisindən keçən hissəsində baş vermişdi.
Xalid Eyvazlı idarə etdiyi motosikletlə 58 yaşlı Bahar Kərimovanı vurmuşdu.
Qəza nəticəsində piyada ağır xəsarət alaraq – qapalı kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdi.
Lakin həkimlərin səylərinə baxmayaraq, o, 14 iyul 2025-ci il tarixində xəstəxanada vəfat edib.
Məlumata görə, Bahar Kərimova Sumqayıtın "Corat" qəsəbəsində yaşayırmış. Hadisə baş verən gün qızını xəstəxanaya gətirib. Ailəsi ilə birlikdə xəstəxanadan çıxarkən piyada keçidindən yolu keçmək istəyib. Elə bu zaman motosiklet ona çırpılıb.
Sakinlər isə bildirirlər ki, şəhərdə moped və motosiklet sürücülərinin sayı artıb, amma bu nəqliyyat vasitələrinə ciddi nəzarət edilmir.
Motosiklet sürücüsünün yeniyetmə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.