RU

Neftçalada “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin-qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov,  Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Günay Ağamalı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, sosiologiya üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan ərazilərinin maddi-mədəni irsi ilə bağlı nəşr edilən kitabların müəllifi Əfqan Vəliyev, tənqidçi, publisist, Filologiya üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, AMEA Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Qərbi Azərbaycan İcmasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hacı Hüsnü Həsənov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının,  idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar və rayon ərazisində məskunlaşan qərbi azərbaycanlı ailələrin təmsilçiləri iştirak ediblər.

Təqdimat iştirakçıları və qonaqlar Neftçala şəhərinin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.

Qədim yurdumuz olan Qərbi Azərbaycan mövzusuna aid nəşr olunan kitab və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və bu torpaqlarda yaşamış azərbaycanlıların məruz qaldığı ədalətsizlikləri əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov  tədbirdə çıxış edərək bildirib ki, bu kitab yalnız bir elmi nəşr deyil, eyni zamanda Qərbi Azərbaycanda əsrlər boyu formalaşan zəngin mədəni-mənəvi irsin təbliği baxımından milli yaddaş kitabıdır.

Qərbi Azərbaycanda soydaşlarımıza qarşı yalnız fiziki deyil, həm də mənəvi soyqırımı törədilib. Tarixən bu torpaqlarda formalaşan mədəniyyət nümunələri — məscidlər, qəbiristanlıqlar, tarixi abidələr planlı şəkildə məhv edilib və yer adları dəyişdirilərək əsl izlər silinməyə çalışılıb.

Ermənistan tərəfindən müxtəlif illərdə həyata keçirilən deportasiyalar nəticəsində yüzminlərlə azərbaycanlı öz doğma yurdlarından məcburi şəkildə çıxarılıb. Bu, təkcə bir xalqın torpağından deyil, həm də onun kimliyindən, tarixindən, mənəviyyatından uzaq salınması cəhdi idi. Bu günkü “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı – məhz o tarixi həqiqətlərin unudulmaması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.

RİH-in başçısı əlavə edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycanla bağlı aparılan məqsədyönlü fəaliyyət, bu mövzuda hazırlanan elmi əsaslı nəşrlər və beynəlxalq platformalarda səsləndirilən haqlı mövqelər, soydaşlarımızın öz yurdlarına təhlükəsiz qayıdışını təmin etməyə yönələn mühüm addımlardır.

Tədbirdə çıxış edən digər natiqlər, Qərbi Azərbaycan İcmasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hacı Hüsnü Həsənov,  “Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, həkim-oftalmoloq, Neftçala rayonunda yaşayan Qərbi Azərbaycanlı Süsən Əliyeva kitabda toplanan, elmi əsaslandırılan faktların, statistik məlumatların, toponimlərin, mədəniyyət nümunələrinin və tarixi hadisələrin birbaşa tədqiqatçılar, müəllimlər, tələbələr və ümumilikdə cəmiyyət üçün dəyərli mənbə olduğunu qeyd edib.





Избранный
79
1
qafqazinfo.az

2Источники