RU

Maştağa sakini Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən əsassız cərimələndiyini iddia edirVİDEO

Bakının Sabunçu rayonu, Maştağa qəsəbə sakini ona Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən əsassız cərimə yazıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, dediyinə görə, sayğacında heç bir problem yoxdur, elektrik enerjisindən istifadəyə görə borcu da yoxdur. Amma akt tərtib olunaraq ona cərimə yazılıb.

"Xəzər Xəbər"ə müraciət edən Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, Yavər Əliyev küçəsi 157 ünvanında yaşayan Abasət Paşayev belə deyir. O deyir ki, heç bir xəbərdarlıq olunmadan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən cərimə yazılıb.

Onun sözlərinə görə, cərimənin nəyə əsasən tərtib olunduğunu soruşanda isə maraqlı cavab alıb.

Müsahibimizin dediyinə görə, bundan sonra qurumların iştirakı ilə onun sayğacına baxış keçirilib və hər hansı bir qanun pozuntusu aşkarlanmıyıb. Amma buna baxmayaraq, cəriməsi silinməyib.

Vətəndaşın iddiası ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən vətəndaşın media vasitəsilə müraciəti tərəfimizdən araşdırılır. Müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, araşdırmanın nəticəsi barədə məlumat veriləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
50
xezerxeber.az

1Источники