RU

Nömrəsiz “VAZ”la “sağ-sol” edib təhlükə yaradan sürücü - 10-ML-968 - VİDEO

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videoları “TikTok” sosial platformasında paylaşılıb.

Ekologiya.az-ın məlumatına görə, 10-ML-968 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, Qobustan qəsəbəsi ərazisində qeydə alınmış görüntüdə sürücü “sağ-sol” edərək “şou” göstərib. Digər kadrda isə o, avtomobili dövlət nömrə nişanı olmadan idarə edib. Qayda pozan sürücü maşının konstruksiyasına da müdaxilə edərək arxa yayları kəsərək ön hissəsini qaldırıb. Avtosfer.az



Избранный
88
ekologiya.az

1Источники