Həmçinin, müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini ədliyyə müşaviri Amil Rəhimov prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat qurumlarında cinayət işləri və araşdırma materialları üzrə səmərəliliyin və keyfiyyətin artırılması istiqamətində butün zəruri tədbirlərin görüləcəyini bildirib. Məruzə ətrafında çıxışlar və müzakirələrdən sonra əməliyyat müşavirəsinə yekun vuran Sənan Paşayev muxtar respublikanın prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.


