RU

"Xilasedici" klubu Balkan kubokunun qalibi ilə qarşılaşacaq

BAKI, 15 iyul. TELEQRAF

Azərbaycanın kişi voleybolçularından ibarət "Xilasedici" klubunun iştirak edəcəyi CEV "Challange Cup"ın püşkü atılıb.

Teleqraf xəbər verir ki, avrokuboklarda debüt edəcək komanda Balkan kubokunun qalibi olacaq kollektivlə üz-üzə gələcək.

"Xilasedici" mübarizəyə 1/32finalda start verəcək. Komandaların birinci oyunu 11-13 noyabr, cavab görüşü isə 18-20 noyabr tarixlərində baş tutacaq.

Избранный
75
teleqraf.com

1Источники