RU

İsveçrə Azərbaycan iqtisadiyyatına investisiyaları azaldıb, əks istiqamətdə artıb

Bakı. Trend:

Bu ilin birinci rübündə İsveçrənin Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 10,785 milyonABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə, sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 1,843 milyon ABŞ dolları və ya 14,6% azalıb. 2024-cüilin ilk rübündə İsveçrədan Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 12,628 milyon ABŞ dollarına bərabərolub.

Hesabat dövründə Azərbaycandan İsveçrənin iqtisadiyyatına 9,162milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da, illikmüqayisədə 3,224 milyon ABŞ dolları, yaxud da 54,3% çoxdur. Ötənilin birinci rübündə bu məbləğ 5,938 milyon ABŞ dolları olub.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmində İsveçrədən yatırılaninvestisiyaların payı 0,7% təşkil edib. Xaricə yatırılaninvestisiyaların payında isə bu ölkə 2,9%-lik yer tutub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Избранный
70
8
az.trend.az

10Источники