15 iyulda xainlərə qarşı çıxan bütün şəhidlərə rəhmət diləyir, qazilərimizə təşəkkür edirəm.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində 15 iyul Demokratiya və Milli Birlik Günü ilə bağlı keçirilən mərasimdə çıxışında bildirib.
Türkiyə Prezidenti deyib ki, o gecə əli ürəyində üçün dua edən, könül coğrafiyasında onlara dəstək verən dost və qardaş xalqlara təşəkkür edir: “O gecə Bakıda, digər könül coğrafiyalarımızda dualar bizim üçün oxundu. Türkiyənin Türkiyədən daha böyük olduğu bir daha anlaşıldı. O gecə xalqımız şanlı bir dastan yazdı. Bu dastan yalın əllə tanklara qarşı mübarizə, Vətənini satan manqurdlara qalib gəlmədir. FETO terror başçısının qurduğu oyun qəhrəman xalqımızın dirənişi qarşısında boşa çıxıb. 15 iyulda xalqın mübarizəsi tək xain çevrilişin deyil, həm də işğalın qarşısını alıb”.