RU

Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri 50%-dən çox artıb

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycana Səudiyyə Ərəbistanındanfiziki şəxslərin pul köçürmələrinin həcmi 5,951 milyon ABŞ dollarıolub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,023 milyon ABŞ dolları, yaxud da 51,5% çoxdur. Belə ki, 2024-cüilin yanvar-mart aylarında bu ölkədən Azərbaycan fiziki şəxslərinpul köçürmələrinin həcmi 3,928 milyon ABŞ dolları olmuşdu.

Hesabat dövründə Azərbaycana xaricdən ümumi pul köçürmələrindəSəudiyyə Ərəbistanının payı 2,6% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Избранный
59
30
az.trend.az

10Источники