RU

TBMM sədri: 15 iyulda qəhramanlıq və xəyanət qarşı-qarşıya idi

15 iyulda qəhramanlıq və xəyanət qarşı-qarşıya idi.

“Report”un Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə TBMM-də “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Türkiyə vətəndaşlarıının cəsarət və dik duruşu hesabına iyulun 15-də qəhramanlıq dastanı yazılıb:

“15 iyulda böyük xəyanətin də şahidi olduq və bu xəyanətə görə Türkiyə onlarla şəhid verdi. Ancaq bu gün onların mənəviyyəti bizimlədir. 15 iyulda qəhramanlıq və xəyanət qarşı-qarşıyaydı. Həmin gün tankların arxasında gizlənənlərlə əliyalın o tankların qarşısına keçənlərin mübarizəsinin şahidi olduq”.

Избранный
48
9
report.az

10Источники