RU

Paris tarix göstərib, bütün Avropanı qorxutdu: Dəhşətli müharibə düz ürəyimizdə olacaq

2030-cu ilə qədər Avropanın “ düz ürəyində" genişmiqyaslı, yüksək intensivlikli müharibə başlaya bilər. Bu ehtimala səbəb Rusiyadan gələn təhlükənin gündən-günə artmasıdır.

Publika.az xəbər verir ki, məlumat Fransanın yenilənmiş "Milli Strateji İcmal"ında qeyd olunur.

Bildirilir ki, hərbi münaqişə Fransa ərazisindən kənarda baş verəcək, lakin Paris buna cəlb oluna bilər. Yaxın 3-5 ildə Moldova, Balkanlar və ya NATO ölkələri təcavüzə məruz qala bilər.

Qeyd olunur ki, Fransa üçün “ən böyük təhlükə” yaradan Rusiya son illər Avropa ölkələrinə qarşı “düşmənçilik və təxribat xarakterli hərəkətlərin” sayını kəskin şəkildə artırıb. Sənədə görə, Moskva casusluq və kiberhücumları gücləndirib, seçkilərə müdaxilə etməyə cəhd edir, ictimai rəyə təsir göstərməyə və Ukraynaya dəstəyi zəiflətməyə çalışır. Vurğulanır ki, Avropa öz ərazisində mümkün hərbi münaqişəyə hazırlaşmalıdır.

"Fransa və digər Avropa ölkələri özlərini daha yaxşı müdafiə etməli və qitədə Rusiyanın hər hansı yeni təcavüzünün qarşısını almalıdırlar”, - hesabatda deyilir. Bu məqsədlə Avropaya “strateji oyanış” təklif olunur ki, bu da öz müdafiə qabiliyyətini gücləndirmək üçün zəruridir.

Избранный
40
publika.az

1Источники