RU

“Bakı ayaqqabı fabriki”nə 5,7 milyon manatsərmayə qoyulDU

Özəlləşdirmə prosesində iştirak edən “Bakı ayaqqabı fabriki” ASC-yə 5,7 milyon manat həcmində investisiya yatırılıb.

Valyuta.az xəbər verir ki, təşkil edilən investisiya müsabiqəsinin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC olub. 

Şirkət dövlət büdcəsinə 3,5 milyon manat ödəniş edib və əlavə olaraq müəssisəyə 5,7 milyon manat investisiya qoyuluşu həyata keçirib.

Qeyd edək ki, “Bakı ayaqqabı fabriki” ASC İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.

Müəssisənin yenidən qurulması nəticəsində istehsal gücü artırılıb, yeni avadanlıqlar quraşdırılıb və 100-dən artıq iş yeri yaradılıb. Həmçinin Türkiyənin ayaqqabı istehsalı üzrə ixtisaslaşmış “ESSE” şirkəti ilə əməkdaşlıq qurulub, xarici mütəxəssislər istehsal prosesinə cəlb olunub.

Müəssisənin texnoloji modernləşməsi, məhsulun həcminin və keyfiyyətinin artırılması ilə yanaşı, ixrac imkanlarının da genişlənməsinə şərait yaradacaq.

Mayya Hüseynova

Избранный
31
valyuta.az

1Источники