RU

Renat Dadaşovun yeni klubu bilindi  

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, 26 yaşlı hücumçu Polşanın "Motor Lublin" komandasına keçib.

Dadaşov yeni klubu ilə sonradan bir illik uzadılma şərti ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Renat Dadaşov son olaraq Polşanın digər təmsilçisi "Radomyak"ın şərəfini qoruyub. Onun yeni komandası ötən mövsümü 12-ci, yeni klubu isə 7-ci pillədə başa vurub.

Избранный
108
14
bakivaxti.az

10Источники