RU

“Sabah” Sloveniya yoluna – Nə vaxt gedib, nə vaxt qayıdırlar?

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Sele" ilə üz-üzə gələcək "Sabah"ın Sloveniyaya səfər proqramı bəlli olub.

Sportinfo.az xəbər verir ki,komanda iyulun 16-da səhər saatlarında çarter reysi ilə sözügedən ölkəyə yollanacaq.

Baş məşqçi Valdas Dambrauskasın iştirakı ilə matçdan əvvəl mətbuat konfransı həmin gün yerli vaxtla saat 18:30-da başlayacaq.

İlk 15 dəqiqəsi açıq olacaq məşq isə saat 19:00-da görüşün keçiriəcəyi stadionda gerçəkləşəcək.

"Sabah" qarşılaşmadan dərhal sonra Bakıya yola düşəcək.

"Sele" - "Sabah" oyunu iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Избранный
57
4
sportinfo.az

10Источники