RU

Karyerasını “qırmızı şeytanlar”a həsr edən futbolçuya iş verildi

“Mançester Yunayted”in sabiq futbolçusu Darren Fletçerin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın U-18 komandasına baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssis futbolçu karyerasında yalnız “Mançester Yunayted”də forma geyinib. O, komandada 340 oyuna çıxıb.

2020-ci ildən karyerasını bitirən keçmiş yarımmüdafiəçi 2024-cü ilin aprelindən əsas komandada məşqçilik edirdi.

Избранный
9
futbolpress.az

1Источники