Vaxtilə "Real Madrid", "İnter" və "Qalatasaray"da xariqələr yaradan niderlandlı futbolçu Uesli Sneyder oğlu Cessi ilk peşəkar müqaviləsinə imza atıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı oyunçu Niderlandın "Utrext" klubunda çıxış edəcək.
Müqavilənin müddəti 2028-ci ilədək nəzərdə tutulub.
Atası kimi hücumameylli yarımmüdafiəçi olan Cessi son illərdə "Utrext" akademiyasında aşağı yaş qruplarından ibarət komandalarda forma geyinib.
"Bu, reallığa çevrilən arzudur. İlk peşəkar müqavilənin imzalanması mənim üçün mükafat yox, yeni mərhələnin başlanğıcıdır. "Utrext"də mümkün qədər çox oynamaq, inkişaf etmək istəyirəm", - deyə kiçik Sneyder təəssüratlarını bölüşüb.