RU

Zelenski NATO-nun baş katibi ilə danışdı

BAKI, 15 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı "X" - də paylaşım edib.

Zelenski bildirib ki, Rutte ona Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüş haqqında məlumat verib.

"Söhbət zamanı ABŞ və Avropanın Ukraynaya dəstəyi müzakirə olunub. Həmçinin, bu dəstəyin davam etdirilməsi və gücləndirilməsi məsələləri gündəmə gəlib",- paylaşımda deyilir.

Избранный
36
2
teleqraf.com

3Источники