RU

Suriya ilə əlaqələrimizin qurulması beynəlxalq sulara çıxış imkanı qazanmağımız üçün çox vacibdir - RƏY

“Suriya dövlətinin lideri ölkəmizə səfər etdi və Azərbaycanın Suriyaya qaz tədarükü ilə bağlı müqavilələr imzalandı. Suriyada uzun müddət diktator Əsəd sülaləsi hakimiyyətə olub, bizə və qardaş Türkiyəyə qarşı düşmənçilik siyasəti aparıb, PKK terror təşkilatını və Ermənistanı dəstəkləyib. Uzun sürən xalq etirazlarından sonra keçən ilin dekabr ayında Bəşər Əsəd ölkəsindən qaçmağa məcbur oldu və nəticədə yeni hakimiyyət formalaşdı. Azərbaycan yeni hakimiyyətə etimad göstərən ilk ölkələrdən oldu, Suriyaya humanitar yardımlar  etdi. Suriyanı bizimlə tarixi köklər bağlayır. Orada yüzminlərlə azərbaycanlı, bizimlə eyni kökdən olan türkmənlər yaşayır. Eyni zamanda Suriya çoğrafi mövqeyinə görə çox əhəmiyyətli yerdə, Aralıq dənizi hövzəsində  yerləşir. Aralıq dənizi Afrika materikinə keçiddir. Həmçinin dünya ticarətinin 20-20 faizi, Avropa qitəsi üzrə ticarətin 60-65 faizi həmin dəniz vasitəsilə həyata keçirilir. Buna görə Suriya ilə əlaqələrimizin qurulması beynəlxalq sulara çıxış imkanı qazanmağımız üçün çox vacibdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

 

Yalçın

 

O bildirib ki, Azərbaycan Yaxın Şərq ölkələri ilə sıx və inkişaf edən əlaqələrə malikdir: “Həmin regionun dövlətlərinin bəziləri ölkəmizə, əsasən də yaşıl enerji sahəsinə böyük investisiyalar yatırır. Həmçini bir neçə gün bundan əvvəl Ermənistanla sülh danışılqarı məsələsinə görə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Bütün bunlar Azərbaycanın Yaxın Şərq siyasətinin düzgün qurulduğunu və nəticələrinin də uğurlu olduğunu göstərir. Azərbaycanın xarici siyasətində əsas prioritet enerji resurslarının daşınmasının şaxələndirilməsidir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı illərin əvvələrində qoyulub. Nəticədə, Bakı–Tiflis–Ceyhan, Bakı–Tiflis-Ərzurum, TAP və TANAP kimi beynəlxalq layihələr həyata keçirildi. Zamanında bu layihələrin prespektivsizliyini göstərməyə çalışan, erməni lobbisinin təsiri altında layihələrin maliyyələşdirilməsindən imtina edən qüvvələr və ölkələr Rusiya–Ukrayna müharibəsindən sonra yaranan enerji təhlükəsizliyinin aradan qaldırılması üçün ölkəmizə müraciət etmək məcburiyyətində qaldılar. Yəni 30 il əvvəl dövlətimizin apardığı siyasətin nəticələrinin effektliyi özünü bariz olaraq göstərdi və Azərbaycanın rəhbərlərinin uzaqgörənliyi sübut olundu. Eyni zamanda Rusiya–Ukrayna müharibəsinin yaratdığı əsas problemlərdən biri də “Şimal yolu” kimi tanınan və Uzaq Şərqdən, Türküstan bölgəsindən (Orta Asiyadan) Rusiya ərazisindən keçməklə Qərbə gedən nəqliyyat kommunikasiya xətlərinin bloklanması oldu. Buna da alternativ olaraq ölkəmiz “Orta dəhliz” layihəsini təqdim edir. Bu gün təhlükəsizliyinə və qısa müddətdə daşımaya görə həmin dəhliz digər xətlərdən daha əlverişlidir. Orta dəhlizin genişlənməsi üçün Zəngəzur layihəsinin açılması istiqamətində də bütün təzyiqlərə baxmayaraq böyük işlər həyata keçiririk. Birbaşa və ya əlaqə qurduğumuz müttəfiq ölkələr vasitəsilə artıq dünyanın bir çox ölkələrində layihələr həyata keçirir və investisiyalar yatırırıq. Dünyanın 12 ölkəsinin qaz təchizatında böyük rol oynayırıq. Bir çox hallarda təkcə qaz satmırıq, həmin ölkələrin qaz tədarükü sisteminin qurulmasını da həyata keçiririk. Avropa qitəsi istiqamətində həyata keçirdiyimiz bu siyasət son zamanlar Yaxın Şərq, Aralıq dənizi ölkələri istiqamətində də başlayıb. İsraillə birlikdə Aralıq dənizində karbohidrogen yataqlarının kəşfi və istehsalı ilə bağlı müqavilələr imzalamışıq”.

 

Aytəkin Qardaşova

Tarix: 15 İyul 2025, 11:38   
Избранный
38
pravda.az

1Источники