Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycandan Birləşmiş Krallığa fizikişəxslərin pul köçürmələrinin həcmi 5,971 milyon ABŞ dolları təşkiledib.
Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 853 min ABŞdolları və ya 12,5% azdır. 2024-cü ilin birinci rübündəAzərbaycandan Birləşmiş Krallığa fiziki şəxslərin pulköçürmələrinin həcmi 6,824 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə Birləşmiş Krallıqdan Azərbaycana 8,755 milyon ABŞdolları həcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 473 minABŞ dolları, yaxud da 5,7% çoxdur. Ötən ilin ilk üç ayında buməbləğ 8,282 milyon ABŞ dolları idi.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrindəBirləşmiş Krallığın payı 5,3% xaricdən ölkəyə pul köçürmələrində buölkənin payı isə 3,8% olub.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.
Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.