RU

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
2002-ci il təvəllüdlü R. Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Qaracəmirli kənd sakini, 1956-cı il təvəllüdlü Ş.Məmmədovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
55
1
bizim.media

10Источники