Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək badmintonçular müəyyənləşib.
Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
EYOF-da Əli Gözəlov və Viktoriya Kumanyayeva mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək.