RU

Ötən il qızılca əleyhinə peyvənd olunan uşaqların sayı açıqlanıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cü ildə ölkə üzrə 87,2 min uşaq qızılca xəstəliyi əleyhinə peyvənd QPM-I (vaksinasiya) edilib.

Bakues.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 110,2 min uşaq isə QPM-II (revaksinasiya) olunub.

Qeyd edək ki, QPM peyvəndləri uşaqlar üçün zəruri immunlaşdırma tədbirlərindən biridir və bir çox ölkədə olduğu kimi Azərbaycanda da dövlət hesabına təmin edilir.

Избранный
83
50
icma.az

10Источники