RU

ABŞ ordusunun sabiq zabiti Ukrayna ilə bağlı gizli məlumatları tanışlıq saytında paylaşdığını etiraf edib

ABŞ ordusunun istefada olan zabiti Devid Sleyter Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı məxfi məlumatları xarici tanışlıq saytında paylaşdığını etiraf edib. Bu barədə Associated Press məlumat yayıb.

64 yaşlı Sleyter 2020-ci ildə podpolkovnik rütbəsində istefaya çıxıb və 2021-ci ilin avqustundan 2022-ci ilin aprel ayınadək Hərbi Hava Qüvvələrinin bazasında "çox məxfi" məlumatlarla işləyib. O, 2024-cü ilin martında saxlanılıb.

Məhkəmə sənədlərinə görə, o, məlumatları özünü Ukraynada yaşayan qadın kimi təqdim edən naməlum şəxsə ötürüb. Onun kimliyi və hansı ölkəyə işlədiyi açıqlanmır.

Sleyter ittihamı qəbul etdikdən sonra digər iki maddə üzrə ittihamlar ləğv olunub. Hökm oktyabrda elan olunacaq.

N.Təbrizli

Избранный
50
11
anews.az

10Источники