RU

ABŞ Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsini müzakirə edib

Tramp Zelenskidən Moskva və Sankt-Peterburqa zərbələrin səbəbini soruşub və bununla bağlı Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsinin perspektivi gündəmdədir…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” tipli qanadlı raketlərin mümkün tədarükünü nəzərdən keçirib. Bu barədə "The Washington Post" qəzetinin kolumnisti Devid İqnatius mənbələrinə istinadla yazıb. Qeyd edək ki, iyunda ABŞ həmin raketlərlə İranda nüvə obyektlərinə zərbələr endirib.

Jurnalistin mənbələrinin bildirdiyinə görə, “Tomahawk” raketlərinin Ukraynaya göndərilməsi barədə müzakirələr 11 iyul tarixində keçirilib. Hazırda bu raketlər tədarük siyahısına daxil edilməsə də, Vaşinqton onları gələcəkdə Kievə göndərə bilər.

WP həmçinin yazır ki, ötən həftə Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskidən niyə Ukrayna ordusunun Moskva şəhərinə zərbə vurmadığını soruşub. Zelenski cavabında "Biz vura bilərik, əgər siz bizə silah versəniz" deyib. Tramp isə Ukraynaya "təzyiqi gücləndirməyi", həm Moskva, həm də Sankt-Peterburqa qarşı addımlar atmağı tövsiyə edib.

Başqa bir mənbənin məlumatına görə, Tramp Tomahawk tədarükünü müzakirəyə açıqdır, çünki hesab edir ki, Rusiya prezidenti Vladimir Putin yalnız böyük güc tətbiqi təhdidi altında danışıqlara gedəcək. WP əlavə edir ki, Tomahawk raketlərinin uçuş məsafəsi MoskvaSankt-Peterburqa zərbə endirməyə imkan verir.

Poliqon.info

Избранный
205
50
poliqon.info

10Источники