RU

Tramp ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verə bilər

ABŞ prezidenti Donald Tramp Ukraynaya 18 uzaqmənzilli ATACMS raketlərini Rusiyanın dərinliklərinə endirmək üçün istifadə etməyə icazə verə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika lideri Kiyevin ehtiyacları üçün əlavə ATACMS-lərin çatdırılmasına da göstəriş verə bilər. 

Qəzetin yazdığına görə, Pentaqon bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinə “ATACMS raketlərindən istifadə etməklə Rusiya ərazisinə daha böyük zərbələr endirmək” üçün yaşıl işıq yandırmağın zəruriliyində israr edir.

Избранный
17
ucnoqta.az

1Источники