RU

Xaçmazda "KamAZ" divara çırpıldı, sürücü həyatını itirdi

Xaçmaz şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

"KamAZ" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində mişar daşından hörülmüş divara çırpılıb. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü, 28 yaşlı Hüseyn Əzim-Sima ağır xəsarətlər alıb. Yaralı Xaçmaz Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
14
7
far.az

8Источники