RU

Millimizin futbolçusu “Fənərbağça”ya keçdi – RƏSMİ

Qadınlardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Peritan Bozdağ Türkiyədə klubunu dəyişib.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu “Fənərbağça”ya transfer olunub.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Qeyd edək ki, 2021-ci ildən Azərbaycan yığmasında forma geyən Peritan Bozdağın son klubu “Fatih Vatan Spor” olub. Daha əvvəl isə o, “Konak Belediyespor”, “Hakkarigücü Spor” və “Altay”da çıxış edib.

Избранный
28
2
msport.az

3Источники