RU

Rusiyada mobil internetin kütləvi dayandırılması qaydaları müzakirə olunur

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi ölkədə mobil internetin kütləvi şəkildə dayandırılması qaydalarının tətbiqini müzakirə edir.

Herbiand.az xəbər verir ki, bu barədə “İzvestiya” yüksək rütbəli federal məmura və mobil rabitə şirkətlərindən birinin top-menecerinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, dronların hücumları səbəbindən internet və mobil rabitə tez-tez kəsilir.

Hazırda belə kəsilmə ilə bağlı əmrləri yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyinin regional idarələri və digər vəzifəli şəxslər verir.

Qəzet yazır: "Son vaxtlara qədər rabitə operatorları Roskomnadzorun və hüquq-mühafizə orqanlarının, xüsusən də FSB-nin göstərişlərinə əməl edirdilər. Bu, standart təcrübə idi - məsələn, müxtəlif kütləvi tədbirlərə hazırlıq zamanı. Lakin mövcud vəziyyət və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının tezliyi ilə əlaqədar olaraq, belə əmrlər verən strukturlar həddindən artıq çoxdur".

Mənbənin məlumatına görə, ilkin mərhələdə Rusiya hakimiyyəti və yerli biznes qurumları bütün maraqlı strukturların müraciətlərini qəbul edəcək vahid səlahiyyətli orqanın yaradılması nəzərdə tutulur. Məhdudiyyətin tətbiqi ancaq bu orqanın səlahiyyətində olacaq. Bu orqan mobil rabitəyə də nəzarət edə biləcək.

Избранный
392
15
herbiand.az

10Источники