RU

Sinif yoldaşını döyərək burnunu sındıran şəxsə cəza verildi

Şabran Rayon Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Namiq Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Könül Mirzəfərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, hadisə bir neçə ay bundan əvvəl Şabran rayonunun Əmirxanlı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, rayonun Əmirxanlı kənd sakini, 2007-ci il təvəllüdlü Namiq Bəşirzadə küçə ilə gedərkən həmkəndlisi, sinif yoldaşı, 2008-ci il təvəllüdlü, zərərçəkmiş Samir Həmidzadə (adı, soyadı şərtidir) ilə öz arasında qəsdən mübahisə yaradıb. Sonra o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsi yumruqla sol göz nahiyəsinə, təpiklə baş nahiyəsinə vuraraq onu yerə yıxıb. Namiq ardınca isə Samiri yerdə təpiklə bir neçə dəfə vuraraq onu burunu sındırıb.

 

Hadisədən sonra Namiq Bəşirzadə saxlanılıb və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilib.

 

Qeyd: Hər iki şəxs sözügedən kəndin orta məktəbinin 11-ci sinfində oxuyub.

 

Kamal Məmmədov

Tarix: 15 İyul 2025, 08:46   
Избранный
38
pravda.az

1Источники