RU

Vinisius “Real Madrid”lə razılığa gələ bilmir

BAKI, 15 iyul. TELEQRAF

"Real Madrid"in hücumçusu Vinisius Junior müqaviləsini uzatmaq üçün klubdan 30 milyon avro maaş və imza bonusu istəməyə davam edir.

Teleqraf “The Athletic” nəşrinə istinadən xəbər verir ki, son aylarda danışıqların irəliləməsinə mane olan da məhz budur.

25 yaşlı Vinisius 2018-ci ildən "Real"da çıxış edir və tərəflər arasında mövcud müqavilə daha iki mövsümdür. Ümumilikdə Junior "Real"ın heyətində 322 matçda 106 qol vurub və 83 məhsuldar ötürmə edib.

Избранный
28
teleqraf.com

1Источники