Xaçmaz rayonunun ərazisindən keçən Gəndob–Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadın verdiyi məlumata görə, “Kamaz” markalı yük avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.
Qəza nəticəsində sürücü, 28 yaşlı Hüseyn Əzim-Sima ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.