Misli Premyer Liqasının ötən mövsümünü "Zirə"də keçirən Məqsəd İsayev özünə yeni iş yeri tapıb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını "Kəpəz"də davam etdirəcək.

Məlumatı Gəncə klubunun mətbuat xidməti yayıb.

Məqsədlə 1 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, "Kəpəz" bundan öncə daha 3 transferi (Şakir Seyidov, Pedro Qomes, Adama Fofana) rəsmiləşdirib.