RU

Almaniya kansleri: Sülh danışıqlarının yeganə yolu Moskvaya təzyiqi artırmaqdır

BAKI, 15 iyul. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımla bağlı bəyanatından sonra avropalı tərəfdaşlar və Amerikatəcili şəkildə Kiyevə silah tədarükünün detallarını müzakirə edəcəklər”.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts sosial şəbəkə hesabında yazıb.

Almaniya lideri bildirib: “Prezident Tramp mühüm təşəbbüslə çıxış edib: Avropalı tərəfdaşlar onları maliyyələşdirsələr, ABŞ Ukraynanı böyük miqdarda silahla təmin edəcək.

Amerika lideri ilə son günlər bunu bir neçə dəfə müzakirə etmişik. Onu əmin etdim ki, Almaniya mütləq proseslərdə iştirak edəcək. Detalları tez bir zamanda dəqiqləşdirəcəyik. Bu məsələ ilə bağlı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Bunu öz maraqlarımız üçün edirik. Yalnız bu şəkildə Moskvaya təzyiq artacaq ki, Rusiya nəhayət, sülh danışıqları aparsın”.

Избранный
40
2
teleqraf.com

3Источники