RU

Xaricdə təhsil alan tələbələrə yerdəyişmə ilə bağlı XƏBƏRDARLIQVİDEO

Sabahdan tələbələrin köçürülməsi prosesi başlayır.

Xezerxeber.az-ın xəbərinə görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 2025-2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu sabahdan başlayır.

Agentliyin ali təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidovun sözlərinə görə xaricdə təhsil alan tələbələr də, köçürülmə prosesində iştirak edə bilər. Belə ki, xaricdən köçürülmə istəyən tələbələr ilk növbədə tanınma şəhadətnaməsi əldə etməlidirlər. Daha sonra sənədlərini müvafiq qaydada formalaşdırıb sistemə yükləməlidirlər.

O da bildirildi ki, dövlət sifarişi ilə yəni ödənişsiz əsaslarla təhsil alan tələbələr köçürülmə zamanı ixtisasını dəyişdikdə onlar dövlət sifarişini itirirlər və ödənişli təhsil alırlar. Lakin, ixtisasını dəyişmədikdə ödənişsiz təhsilə davam edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
26
xezerxeber.az

1Источники