Qəbələdə təlim-məşq toplanışı keçən "Şamaxı" bu gün ilk yoxlama matçında qüvvəsini sınayıb.
Offsideplus.az xəbər verir ki, rəqib yerli "Qəbələ" klubu olub.
Qəbələ şəhər stadionunda baş tutan görüşdə hesabı 44-cü dəqiqədə "Şamaxı"nın yeni legioneri David Tomaz dos Santos Oliveyra açıb.
Lakin fasilədən sonra Kaxaber Sxadadzenin rəhbərlik etdiyi "Qəbələ" 2 qol vuraraq qələbə qazanıb - 2:1.