RU

“İmişli” üçün növbəti iki rəqib

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “İmişli” komandasının yoxlama oyunlarındakı daha iki rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komanda iyulun 19-da “Araz Naxçıvan-2”, 23-də isə “Sumqayıt”la qarşılaşacaq.

“İmişli” avqustun 9-na qədər paytaxtda məskunlaşacaq. Komanda ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah-2” ilə qarşılaşmalar daha əvvəl açıqlanıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

Избранный
11
8
arena.az

9Источники