Azərbaycanda məmur qəza törətdi: həyat yoldaşı öldü, özü yaralandı
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Anews.az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.
Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.