"İmişli"nin yay hazırlıq planı çərçivəsində keçiriləcək yoxlama oyunlarında daha iki rəqibi bəlli olub.
"Football-plus.az" xəbər verir ki, komanda iyulun 19-da “Araz Naxçıvan-2”, iyulun 23-də isə “Sumqayıt”la qarşılaşacaq. "İmişli" avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah-2” ilə qarşılaşmalar daha əvvəl açıqlanıb.
Xatırladaq ki, Misli premyer-liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта