BAKI, 14 iyul. TELEQRAF
"Səbail"in futbolçusu Hüseynəli Quliyev komandadan ayrılıb.
Teleqraf xəbər verir ki, 26 yaşlı qapıçı bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Onun Premyer Liqanın debütantı "İmişli"yə keçəcəyi gözlənilir.
Xatırladaq ki, Hüseynəli Quliyev 2022-ci ilin yayından "Səbail"də çıxış edirdi.