RU

Dəhşətli hadisə: Sevgilisini öldürüb, meyitini çamadanda yol kənarına atdı

İstanbulda 22 yaşlı Ayşə Tokyazın meyiti yol kənarına atılmış çamadanda tapılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı Ayşənin keçmiş polis məmuru olan sevgilisi və daha 6 nəfər nəzarətə götürülüb.

İddiaya görə, sevgilisi Ayşəni evində öldürdükdən sonra çamadana qoyaraq yol kənarına atıb. Daha sonra iki qadını evə göndərərək qan izlərini təmizlətdirib.

Məlum olub ki, şübhəli daha əvvəl Adanada bir qadını öldürdüyü üçün həbs edilib, lakin sonra azadlığa buraxılıb.

Избранный
22
publika.az

1Источники