RU

"Mpay" QSC MMC-yə çevrildi

BAKI, 14 iyul. TELEQRAF

"Mpay" QSC təşkilati-hüquqi formasını dəyişdiyini elan edib.

Teleqraf xəbər verir ki, qurum bundan sonra MMC olaraq fəaliyyət göstrərəcək.

"Mpay" QSC Azərbaycanda fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. İstifadəçilərə müxtəlif xidmətlər üzrə onlayn ödənişlər aparmağa imkan verir.

Qeyd edək ki, şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon manat olan QSC-nin qanuni təmsilçisi Vəliyev Mətləb Zaman oğludur.

Əlavə olaraq onu da bildirək ki, Construction Enginerring şirkəti də MMC-yə çevrildiyini elan edib.

Избранный
17
teleqraf.com

1Источники