RU

Uğur Cahangirov “Sumqayıt”a lazım olmadı

Azərbaycan Premyer Liqasında növbəti mövsümə hazırlaşan “Sumqayıt” futbolçusu Uğur Cahangirov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Gənclik şəhəri” təmsilçisi yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Klub Uğura xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Uğur Cahangirov “Sumqayıt”a 2023-cü ildə “Şamaxı”dan keçmişdi. 23 yaşlı futbolçu sözügedən komandanın heyətində cəmi 8 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Sumqayıt” daha öncə Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov və Silvanus Nimeli ilə də yollarını ayırmışdı. Gedənlərin əvəzində Pedro Pinto və Aleksa Yankoviç heyətə cəlb olunublar. İsa Suliman və Roi Kehatla isə yeni müqavilə imzalanıb.

Избранный
24
arena.az

1Источники