2025/2026 mövsümünə hazırlaşan "Sumqayıt" klubunda ayrılıq yaşanıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi Uğur Cahangirovla yollarını ayırıb.

24 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, U.Cahangirov bu yay "Sumqayıt"dan ayrılan 11-ci futbolçu olub. Bundan öncə Vüqar Mustafayev (karyerasını başa vurub), Silvanus Nimeli, Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikov komandanı tərk ediblər.