RU

İçərişəhərdə 25 il ərzində abidələrin qorunması və turizmin inkişafında böyük irəliləyişlər əldə olunub - Rüfət Mahmud

Paris. Trend:

Bu, xalqımız üçün önəmli bir gündür.

Trend xəbərverir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsiİdarə Heyətinin sədri Rüfət Mahmud UNESCO-nun Ümumdünya İrsKomitəsinin 47-ci sessiyası çərçivəsində, İçərişəhərin UNESCO-nunÜmumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuştədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İçərişəhərin dünya mədəni irs siyahısınadaxil edilməsinin 25 illiyinə həsr olunan tədbir keçirilib:

“2000-ci ildə verilmiş bu qərar İçərişəhərin sadəcə bir abidəkimi tanınması deyil, həm də dünya mədəniyyət xəritəsində özyerinin müəyyənləşdirilməsidir. Tədbirdə ekspertlərlə yanaşı,beynəlxalq təşkilatların nümayəndələri və həmin prosesdə iştiraketmiş mütəxəssislər də çıxış edərək fikirlərini bölüşdülər”.

“25 il ərzində İçərişəhərdə çox böyük işlər görülüb. Abidələrinqorunması həyata keçirilib, yaşayan insanlar üçün daha yaxşı şəraityaradılıb, mühəndis-kommunikasiya sistemləri təkmilləşdirilib.Turizm sahəsi isə daha da inkişaf edib. Növbəti illərdə isə dahaböyük işlər görülməsi planlaşdırılır”, – deyə Rüfət Mahmudbildirib.

Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünyaİrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzulardatədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yertutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərinUNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsrolunan təqdimat olub.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə MilliKomissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyininvə Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkilolunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsinkonservasiyası və kommunikasiyası təcrübələri” olub.

"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı ermənitəcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərininxatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsiElman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdimolunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar vəkommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəkifəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

Избранный
82
8
az.trend.az

10Источники