Ötən mövsüm İkinci Liqa təmsilçisi "Quba"da çıxış edən yarımmüdafiəçi Cavid İmamverdiyev karyerasını Region Liqasının iddialı komandalarından birində davam etdirməyə yaxındır.
Azərbaycan millisinin sabiq üzvü Fanat.Az-a açıqlamasında "Xudat"la danışıq apardığını təsdiqləyib:
"Bəli, "Xudat"la danışıq olub. Amma hələ rəsmi nəsə yoxdur. "Qaradağ Lökbatan"ın baş məşqçisi Kamal Quliyevlə də söhbətimiz olub. Ümumiyyətlə, 3-4 variant var. Real nəsə olan kimi məlumat verərəm".
Qeyd edək ki, maliyyə sarıdan problem yaşamayan bu klubun yeni mövsümdən 2-ci Liqada oynamaq üçün aidiyyatı qurumlara müraciət edəcəyi gözlənilir.
Cavid İmamverdiyev futbolçu karyerası ərzində "Quba"dan başqa, “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə), “Sumqayıt”, "Sabah", "Keşlə" və "Kəpəz"in uğurları üçün çalışıb.
Mirağa