RU

Kamran Əliyev Hərbi prokurorun müavinini işdən çıxardı -  YENİ TƏYİNATLAR

Hərbi prokurorun müavini işdən çıxarılıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Respublika Hərbi prokurorunun müavini Mehdi Hüseynzadə tutduğu vəzifədən azad edilib. 

Onun yerinə Nihat Şixəliyev təyin olunub.

Nihat Şixəliyev buna qədər Hərbi Prokurorluqda ərizə və müraciətlər şöbəsinin rəisi olub. 

Baş prokurorun daha bir əmri ilə Ağakişi Acalov Sumqayıt Hərbi prokuroru təyin edilib. 

Ağakişi Acalov isə Baş Prokurorluğun istintaq idarəsində çalışıb. ///lent.az

Избранный
10
9
ucnoqta.az

1Источники