RU

Qalada iki min il əvvəl geynilmiş ayaqqabılar tapıblar - Foto

Qalada

İngiltərə və Şotlandiya sərhədində, Hadrian divarı boyunca yerləşən qədim Roma qalası Magnada arxeoloqlar böyük ölçülü ayaqqabılar tapıblar.

Reyting.az
CNN-ə istinadla xəbər verir ki, tapılan 34 ayaqqabıdan səkkizinin uzunluğu 30 santimetrdən çox olub. Bu isə hazırkı standartlara görə 45 və ya daha böyük ölçüyə bərabərdir.

Roma imperiyasının şimal-qərb sərhədini qoruyan Hadrian divarının yaxınlığındakı digər qalalarda adətən 38-40 ölçülü ayaqqabılar olsa da, Magnadakı nəhəng ayaqqabılar qalanı qoruyan əsgərlərin həmişəkindən daha uzun olduqlarını deməyə əsas verir.

Qazıntıya rəhbərlik edən Reyçel Fram deyib ki, ilk dəfə böyük ayaqqabını tapanda onun bəlkə də əlavə corablarla doldurulmuş qış ayaqqabısı olduğunu düşünüblər: “Amma fərqli üslubda bir çox oxşar ayaqqabı tapdıqca buradakı insanların çox böyük ayaqları olduğunu anladıq”.

Qərbi Ontario Universitetinin arxeoloqu Elizabet Grene qalın inək dərisindən hazırlanmış və dəmir sünbüllərlə möhkəmləndirilmiş bu ayaqqabıların 2000 il yerin altında qalmasına imkan verən qədim aşılama üsullarını vurğulayıb.



Tədqiqatçılar bu kütləvi ayaqqabıların sahiblərini anlamağa çalışırlar. Nyukasl Universitetinin arxeologiya professoru Rob Kollinz bildirib ki, Roma əsgərlərinin orta boyu 1,73 ilə 1,75 metr arasındadır, lakin Hadrian divarındakı əsgərlər imperiyanın müxtəlif yerlərindən gəlib, müxtəlif fiziki xüsusiyyətlər yaradıblar.

Ancaq niyə belə böyük ayaqqabıların yalnız Maqna qalasında tapıldığı sirr olaraq qalır. Tədqiqatçılar ayaqqabıların üzərindəki izləri araşdıraraq, geyinənlərin kimliyinə dair ipucu axtarırlar.

Roma dövründə ölülərin tez-tez yandırılması və məzar sümüklərinin tapılmasının çətin olması bu ipuçlarını tapmağı çətinləşdirir. Magnada tapılan sümüklər tədqiqat üçün uyğun deyil. Arxeoloqlar yeni dəfn yerləri aşkar etmək üçün işlərini davam etdirirlər.

V. QULİYEV
Избранный
23
reyting.az

1Источники