RU

Köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb (FOTO)

Xocalı. Trend:

İyulun 14-də doğma yurduna yola salınan köç karvanı Xocalırayonunun Xanyurdu kəndinə çatıb.

Trend xəbərverir ki, ilk mərhələdə köçürülən 122 nəfərdən ibarət 33 ailəyəmənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsininvə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin rəsmiləriiştirak ediblər.

Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələrə yenitikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin, ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43mindən çox insan yaşayır.

Köç
Köç
Köç
Köç
Köç
Избранный
30
16
az.trend.az

10Источники