Super orta çəkidə mütləq dünya çempionu Saul “Kanelo” Alvares ukraynalı Aleksandr Usikin britaniyalı Daniel Dyubua ilə döyüşünə yarım milyon dollar mərc edib.
İyulun 19-da Londondakı (Birləşmiş Krallıq) “Uembli” stadionunda Dyubua ağır çəkidə mütləq dünya çempionu adı uğrunda Usiklə revanş döyüşü keçirəcək.
Publika.az Usikə 500 min dollar mərc edən meksikalı boksçu yazıb: “Son beş ildə Usık ən yaxşıları məğlub etdi. Aleksandr inanılmaz dözümlüdür, o, çox texnikalı və ağıllıdır. Belə əhval-ruhiyyədə olan birini görəndə mərc etdim. Ona görə də Usikin qalib gələcəyinə böyük məbləğdə pul yatırdım”.
Usik və Dyubua arasında ilk döyüş 26 avqust 2023-cü ildə Vrotslavda (Polşa) baş tutub və 9-cu raundda ukraynalının texniki nokautla qələbəsi ilə başa çatıb.